Deputat: "Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq"

13:42 - 20 Oktyabr 2017 - Xəbər

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sarksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir. Odur ki, Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.
Ucnoqta.az 
Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, artıq 90-cı illər deyil.
“O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu.
İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

Xəbər xətti