Milli Məclis yeni medal təsis etdi

13:25 - 20 Oktyabr 2017 - Xəbər

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib. Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub. Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.
Dəyişiklik Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib.modern.az

Xəbər xətti