Ana səhifə
17 Noyabr 2018

"Qarabağ"-ın Reynaldosu sıradan çıxıb -Şok

Azərbaycan Premyer Liqasının 13-cü turunda sabah AZAL-la qarşılaşacaq "Qarabağ" klubu ciddi itki ilə üzləşib.

 

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında komandanın aparıcı futbolçusu Reynaldonun zədələndiyini deyib.

Klub rəsmisi "Bakı" ilə Premyer Liqa matçından sonra braziliyalı futbolçunun diz qapaqlarında oynama olduğunu və ilkin diaqnoza görə onun 7-10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib. 

Reynaldonun Avropa Liqasının qrup mərhələsinin V turunda "Sent-Etyen"lə keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağına bir-iki gün sonra aydınlıq

 gələcək.

Qeyd edək ki, "Sent-Etyen"- "Qarabağ" oyunu noyabrın 27-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Tarix
23 Noyabr 2014 [08:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin