Ana səhifə
25 Noyabr 2017

DİN inspektor-tərcüməçi vəzifəsinə vakansiya elan edib

Daxili İşlər Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 1 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi alan, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran, özü və yaxın qohumları məhkum olunmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən noyabr ayının 20-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/... ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən Baş Kadrlar İdarəsinə şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Müsabiqənin qalibinə müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onun qanuvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Tarix
19 Oktyabr 2017 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ