MDB Sərhəd Qoşunları komandanları Şurasının iclasında 25 sənəd imzalanıb

14:11 - 19 Oktyabr 2017 - Xəbər

Bakıda MDB Sərhəd Qoşunları komandanları Şurasının 78-ci iclası keçirilib. İclasda 8 ölkənin Sərhəd Qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin MDB İcraiyyə Komitəsinin rəhbəri qatılıb.
İclasda iştirak edən MDB Sərhəd Qoşunları komandanları şurasının Koordinasiya Xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının müavini Aleksandr Manilov bildirib ki, iclasın gündəliyinə üzv ölkələrin sərhədlərində təhlükəsizliyin möhkəmlənməsi ilə bağlı 9 əsas məsələ daxil edilib. Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb. apa

Xəbər xətti