Novruz Məmmədov: "Siyasətdə baş verənlər idmanda da təkrar olunur"

11:40 - 19 Oktyabr 2017 - Xəbər

Siyasətdə baş verənlər idmanda da təkrar olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur".  

Xəbər xətti