Ana səhifə
19 Yanvar 2018

Ermənilər Qarabağ müharibəsi zamanı 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub".

"Report" xəbər verir ki, bunu "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" movzusunda keçirilən konfransda deyib.

Ümumilikdə 3868 nəfərin münaqişə zamanı itkin düşdüyünü deyən E.Orucova onlardan 3123 nəfərinin hərbçi, 62-sinin uşaq, 262 nəfərinin qadın, 302 nəfərinin isə qoca olduğunu bildirib: "Sübutlara, hətta azad edilən ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu günə kimi qarşı tərəfdə saxlanılır. Əsirlərin 591 nəfəri hərbçi, 282-si mülki şəxs, 29 nəfəri uşaq, 99-u qadın, 112 nəfəri qocalardır. 553 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onların 448 nəfəri kişi, 14-ü qadındır".

O bildirib ki, bu vaxta kimi 1437 nəfər əsir və girovluqdan azad edilib ki, onlardan 351 nəfəri hərbçi, 1086-sı mülki şəxsdir. E.Orucovanın sözlərinə görə, azad edilənlərin 210-u uşaq, 342-si qadındır: "Ermənilər "Müharibə Zamanı Mülki Əhalinin Müdafiəsinə Dair" lV Konvensiyanın maddələrini kobudcasına pozaraq, 3 aylıq körpəni, 104 yaşlı qocanı belə girov götürüb, bu günə kimi qaytarmayıblar. Dözülməz şəraitdə saxlandıqdan sonra əsir və girovluqdan azad edilən 1437 nəfər şəxs bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini itirib". 

Tarix
19 Oktyabr 2017 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ