Antuan Qrizmann: "Bakıda 3 xal qazanacağımıza əmin deyildik"

09:37 - 19 Oktyabr 2017 - İDMAN

"3 xal qazanacağımıza əmin deyildik. Bilirdik ki, çətin olacaq. Çünki rəqib güclü idi". Bunu İspaniya "Atletiko"sunun futbolçusu Antuan Qrizmann Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra deyib.

Fransalı hücumçu qalan 3 oyunda qrupdan çıxmağa çalışacaqlarını açıqlayıb:

"Biz daha çox çalışmalıyıq ki, qollar vuraq. Effektiv işləməliyik. Çünki şanslarımızdan yararlana bilmirik. Qələbəyə doğru getsək də, buna nail olmağı bacarmırıq. Hücumçular hərdən dəqiq olmurlar. Mərhələ adlamaq üçün qarşıda daha 3 oyunumuz var. Sonadək mübarizə aparacağıq".

Xəbər xətti