Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb - FOTO

17:34 - 18 Oktyabr 2017 - Xəbər

Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 
Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti