"Qarabağ"- "Atletiko" oyunu azarkeşləri üçün xüsusi avtobuslar ayrıldı

15:55 - 18 Oktyabr 2017 - Xəbər

Xəbər verdiyimiz kimi bu gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin III turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək.
Oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərimin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlinib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.

Xəbər xətti