Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

15:48 - 18 Oktyabr 2017 - Cəmiyyət

 "Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb". Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. report

Xəbər xətti