İflic olan Könül Xasıyeva 500 min manatını mənimsəyən qadından danışdı

11:58 - 18 Oktyabr 2017 - MAQAZİN

"Xəzər" telekanalında Zaurun qonağı səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva olub. Aparıcı xanım sənətkara "Eşitdim ki, Könül xanımın 500 min manat pulunu kimsə mənimsəyib. Bu doğrudurmu?" sualı ilə müraciət edib.

Könül xanımın Zaura cavabını təqdim edirik:

"500 min deyil, çoxdur. 2014-cü ildə olan bir şeydir. Toylara gedən yaxşı vaxtlarım idi. Amma dünya malıdır, dünyada qalacaq. İndi o qadın az-az qaytarır. Görək indi nə qədər qaytara biləcək. Mənim 50 yaşım var. Yaşadıqlarım mənə bir şeyi öyrətdi - Allah heç bir valideyini övladı ilə, övladı valideyni ilə sınağa çəkməsin! Evdir, maşındır, qızıldır, puldur, imarətdir- hamısı boş-boş şeylərdir. Hamısı getsin, balam əlimdə olsun". (milli.az)

Xəbər xətti