Müğənni Elvis Presliyə məxsus Amerika istehsalı olan "Smith & Wesson" tapançasının eksklüziv nümunəsi çərşənbə axşamı ABŞ-da 95 min dollara hərraca çıxarılıb. Bu barədə Amerikanın "Moments In Time" hərrac evinin saytında məlumat yerləşdirilib. Müğənni 38 kalibrli tapançanı 7 yanvar 1971-ci il tarixində Tenessi ştatının Memfis şəhərindən alıb. Elvis Presli 1935-ci ildə Missisipi ştatında dünyaya gəlmiş Amerika müğənnisi və aktyorudur. “Report”