Bakıdakı yeraltı tuneldə 3 avtomobil toqquşub

18:19 - 17 Oktyabr 2017 - HADİSƏ

Bakının Nərimanov rayonu ərazisindəki yeraltı tuneldə yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 3 avtomobil toqquşub. Olay yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Qəza ilə əlaqədar tuneldə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Nəticədə ətraf yollarda və Heydər Əliyev prospektində sıxlıq yaranıb.

Xəbər xətti