Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

16:26 - 17 Oktyabr 2017 - Xəbər

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız,
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanının Kralı”.
report

Xəbər xətti