Binədə ötən gündən sönən işığın səbəbi açıqlandı

13:45 - 17 Oktyabr 2017 - Xəbər

Binə qəsəbəsində 14 saatdır ki, işıq yoxdur. Bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. Onlar bildiriblər ki, elektrik enerjisi dünən 21:00 radələrində kəsilib və hələ də bərpa edilməyib. “Qafqazinfo” məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, ərazidə elektrikin verilməsi səhər saatlarından dayandırılıb və görülən işlərlə əlaqədardır: 
“14 saat deyil. Səhər saat 06.48-dən etibarən yay mövsümündən qış mövsümünə keçidlə əlaqədar yarımstansiyada təftiş işi aparılır. Əhali bu barədə məlumatlandırılıb. Elektrik enerjisinin verilişi qısa müddət ərzində bərpa ediləcək”. 

Xəbər xətti