Ana səhifə
25 Noyabr 2017

Yağışlı hava şəraiti bu gün də davam edəcək

“Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”. Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasındaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-sı gündüz saatlarından başlayaraq 17-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”. G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-si axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən yağmursuz keçəcək”. Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”. 
Tarix
17 Oktyabr 2017 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ