Ana səhifə
25 Noyabr 2017

Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var

Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var. "Report" xəbər verir ki, hadisə ötən gecə Suraxanı rayonunda baş verib. Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 39 yaşlı Bünyadov Zaur Aydın oğlu qonşuluqda yaşayan Elnur adlı şəxs və onun qardaşı, habelə digər tanışları ilə mübahisə edib. Nəticədə o, bir neçə nəfər tərəfindən döyülüb. Z.Bünyadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilib. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə faktla bağlı məlumat daxil olan kimi polis əməkdaşları hadisə yerinə yollanıblar. Z.Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar. Məlum olub ki, hadisəni törədən şəxslər sərxoş vəziyyətdə olub.

Tarix
17 Oktyabr 2017 [09:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ