Ana səhifə
25 Noyabr 2017

Keçmiş həmsədr: Bakı Şopinq Festivalı çox möhtəşəm tədbirdir

Bakı Şopinq Festivalı çox möhtəşəm bir tədbirdir. Bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) festival barədə fikirlərini bölüşən ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan keçmiş həmsədri Ceyms Uorlik deyib.

Bakıda olmadığı üçün, festivala qatıla bilmədiyindən təəssüflənən diplomat növbəti festivallarda mütləq iştirak edəcəyini, maraqlı sürpriz və sərfəli endirimlərdən yararlanacağını bildirib.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Tarix
16 Oktyabr 2017 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ