Ana səhifə
17 Noyabr 2018

“CinemaPlus Gənclik Mall" kinoteatrında “Təhmin və Zaur" filminin premyerası keçiriləcək

 Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da 19 oktyabr saat 19:00-da "Cinemazadeh" studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin premyerası keçiriləcək. Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər və KİV nümayəndələri iştirak edəcək.
Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran işi Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır. 

Film haqqında qısa məlumat: Tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.

Premyeraya bilet almaq istəyənlər "Cinema Plus"un rəsmi saytında http://www.cinemaplus.az/az/films/t-hmin-v-zaur/  və eyni zamanda "CinemaPlus Gənclik Mall"kinoteatrın kassalarından almaq olar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Tarix
16 Oktyabr 2017 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin