“Qarabağ” - “Atletiko” matçının hakimləri müəyyənləşdi

14:04 - 16 Oktyabr 2017 - Xəbər

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” – "Atletiko” matçının hakimləri müəyyənləşib. UEFA-nın qərarına əsasən, Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək "Qarabağ” – "Atletiko” oyunu saat 20:00-da start götürəcək.

Xəbər xətti