Bakıda fəhlə liftin şaxtasına düşərək ölüb

13:58 - 16 Oktyabr 2017 - HADİSƏ

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. FHN-dən verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti