Ana səhifə
23 Noyabr 2017

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. ƏMDK-dən Ucnoqta.az-a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.  

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 135 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 90 min manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Bu əmlaklar paytaxtla yanaşı Sumqayıt, Bərdə, Cəlilabad, İmişli, Göygöl, Şəmkir, Masallı və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 min 602 kv.m-ə, ümumi faydalı sahəsi isə 11 min 266 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 10 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 1133 kv.m-ə, torpaq sahəsi isə 2716 kv.m-ə yaxındır.
Bundan başqa Şəmkir yun tədarükü məntəqəsi də sahibi üçün sənaye sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 4-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda  yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 125 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 600 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır. 
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Gəncədə yerləşən 206 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir. 
Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1600 manatla 5 min 200 manat arasında dəyişir. 2007-ci il istehsalı olan BMW-320 markalı avtomobilin ilkin start qiyməti 5 min 200 manat olmaqla alıcılar üçün olduqca əlverişlidir. 
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. 
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2783

Tarix
16 Oktyabr 2017 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ