Ana səhifə
21 Noyabr 2017

Leyla Əliyeva: "Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir"

Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu gün ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib.
FAO-nun xoşməramlı səfiri deyib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələr barədə məlumat verib.
“Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq, kənd təsərrüfatı sahəsində siyasəti formalaşdıran tərəflərin, tədqiqatçıların habelə maliyyə qurumlarının və donor agentliklərinin ən əlverişli şəkildə miqrasiyanın öhdəsindən gəlmək və pul köçürmələrinin ən səmərəli şəkildə idarə edilməsi üçün üzləşdikləri çağırışları müəyyən etmək, miqrasiyanın gender münasibətlərinə təsirini başa düşmək, kənd yerlərinin kompleks inkişafı və miqrasiya siyasətlərinin hazırlanması və təşviqindən irəli gələn əlavə dəyəri araşdırmaq, miqrasiyanın kənd yerlərinin inkişafına fayda verdiyi yerlərdə ən mütərəqqi təcrübəni müəyyən etmək, müvafiq siyasətləri müzakirə etmək və öyrənilmiş dərsləri və qabaqcıl təcrübələri vurğulamaq, FAO və digər əsas maraqlı tərəflərlə daha geniş əməkdaşlıq məqsədi ilə imkanlarını və istiqamətlərini müəyyən etməkdir.
Tədbirdə “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.

Tarix
16 Oktyabr 2017 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ