Ana səhifə
20 İyul 2018

Robert Prosineçki “Trabzonspor”un sükanı arxasına keçə bilər

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Trabzonspor” komandasının sükanı arxasına keçə bilər. 48 yaşlı mütəxəssis bu postda Ersun Yanalı əvəzləyə biləcək şəxslər arasında göstərilir. Trabzon təmsilçisinin hazırda 9 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşması və VIII turda evdə “Akhisar”a 1:6 hesabı ilə uduzması Yanalın istefasını gündəmə gətirib. Onu əvəzləməyə namizədlər sırasında belçikalı Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Türkiyə yığmasından ayrılan Fatih Terimlə yanaşı, xorvatiyalı baş məşqçinin də adı hallanır.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan millisi ilə üçillik müqaviləsinin müddəti dekabrda başa çatır. O, 2012/2013 mövsümündə Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub. “Report”

Tarix
16 Oktyabr 2017 [09:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin