ƏMDK sədri: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda böyük rəqabət var”

09:41 - 16 Oktyabr 2017 - Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu il dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 50-dən artıq hərrac keçirib. Bunu “ASAN Radio”nun efirində komitənin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, bu hərraclara 1400-dən artıq dövlət əmlakı çıxarılıb və bunların 800-dən artığı özəlləşdirilib. Nəticədə dövlət büdcəsində 100 mln. manata yaxın vəsait daxil olub.

K.Həsənov qeyd edib ki, bu hərraclarda böyük rəqabət var: “Bu yaxınlarda bir əmlak var idi. Onun ilkin satış qiyməti 20 min manat olsa da, 65 min manata satıldı. Həmin əmlaka 4 investor iddia edirdi”. “Report”

Xəbər xətti