Bakı-Qazax yolunda "Prado" aşdı- FOTO

16:10 - 15 Oktyabr 2017 - HADİSƏ

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik maşını yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Maşında olan yüklər (meyvə-tərəvəz) yol boyu yerə səpələnib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Xəbər xətti