Şəmkirdə iki avtomobil toqquşub

11:18 - 15 Oktyabr 2017 - HADİSƏ

Bu gün Şəmkir şəhərində “Niva” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı taksi kimi fəaliyyət göstərən “VAZ 2106” markalı avtomobildə olan qadın ağır bədən xəsarətləri alıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti