Bolqarıstan Prezidentinın Azərbaycana rəsmi səfəri başa çatıb

13:09 - 14 Oktyabr 2017 - Xəbər

Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 14-də başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülub. Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. 

Xəbər xətti