Əbu-Dabidən Sidneyə uçan təyyarə məcburi eniş etdi

10:53 - 14 Oktyabr 2017 - DÜNYA

"Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib. Buna səbəb qəflətən təyyarənin göyərtəsində həyəcan siqnalının yanması olub. Təyyarə aeropotda enincə 349 sərnişin dərhal qəza qapısında təxliyyə edilib. Hazırda təyyarədə həyəcan siqnallarının hansı səbəbdən işə düşməsi araşdırılır. Sərnişinlərin isə Sidneyə başqa təyyarə ilə yola salınacaqları bildirilib.trend

Xəbər xətti