Bakıda dəhşətli qəza: Betonqarışdıran maşın körpüdən aşdı - FOTO

17:30 - 13 Oktyabr 2017 - HADİSƏ

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb. Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili həmin yük maşınının altında qalıb.
İlikin məlumata görə, "VAZ"da olan bir nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fotoları sosial mediada Sabirə Kazımova paylaşıb.

Xəbər xətti