Ana səhifə
24 Oktyabr 2017

"Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib

 Bu il avqustun əvvəlinə qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin seqmenti olan "Şahdəniz 2" layihəsi üzrə 16,4 mlrd.dollar vəsait xərclənib. Bu barədə Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti"ndə çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.
"Şahdəniz-2" layihəsinin ümumi dəyəri isə 23,9 mlrd. dollardır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə isə 3,8 mlrd. dollar vəsait xərclənib. Layihənin ümumi dəyəri isə 4,7 mlrd. dollardır", - deyə o qeyd edib. 
Baş direktorun sözlərinə görə, hesabat tarixinə Trans Anadolu Boru Kəməri (TANAP) üzrə xərclər 4,5 mlrd. dollar təşkil edib. 

"TANAP-ın ümumi dəyəri 8 mlrd. dollardır. Halbuki, layihənin ilkin dəyəri 11 mlrd. dollar idi", - deyə Ə.İsayev əlavə edib. 
O həmçinin bildirib ki, bu il avqustun əvvəlinə qədər Trans Adriatik Boru Kəmərinə (TAP) 2,3 mlrd. avro xərclənib. TAP-ın ümumi dəyəri isə 4,5 mlrd. avrodur. Bu kəmərlə ilk Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb. Onun səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. 

Tarix
13 Oktyabr 2017 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ