Ana səhifə
21 Noyabr 2018

ADMİU-da gənc fotoqrafın sərgisi keçirilib

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə gənc fotoqrafın sərgisi keçirilib.       

Noyabr ayının 18-ində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin IV kurs tələbəsi Babək Novruzovun “Təxəyyül və şəxs” adlı fotosərgisi təşkil edilib. 60-a yaxın fotonun nümayiş olunduğu sərgidə Universitetin rektoru Fərəh xanım Əliyeva, müəllim-professor heyəti ilə yanaşı Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələri Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Vidadi Həsənov, Münəvvər Əliyeva və aktyor Hikmət Rəhimov da çıxış edərək, gənc fotoqrafın işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar həmçinin bu addımın özünü – gənc fotoqrafın sərgisinin təşkil olunmasını universitetdə  mədəni atmosferin formalaşması, gənclərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqmətində atılan mühüm addımlardan biri kimi dəyərləndirib və bu tipli tədbirlərin daha sıx-sıx təşkil olunması təklifini irəli sürüblər.      

Tarix
22 Noyabr 2014 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin