Ana səhifə
24 Oktyabr 2017

AMEA: "Tarix İnstitutunun bəyanatı AMEA-nın mövqeyini əks etdirmir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb. Ucnoqta.az xəbər verir ki, AMEA və Təhsil Nazirliyinin mətbuat xidmətlərindən APA-ya daxil olan açıqlamada deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir.
"Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir", - deyə açıqlamada bildirilir.

Tarix
13 Oktyabr 2017 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ