Ana səhifə
20 Noyabr 2018

“Qafqaz regionunun endem bitki növlərinin Qırmızı siyahısı”

Ucnoqta.az xəbər verir ki, bu yaxınlarda “Qafqaz regionunun endem bitki növlərinin Qırmızı siyahısı” monoqrafiya əsəri ABŞ-da ingilis dilində nəşr olunub.  Kitab çox mühüm əhəmiyyətə malikdir, belə ki, burada  Qafqaz üçünməlum 2791endembitki növü arasından seçilmiş 1752 növün qorunma vəziyyətinin qiymətləndirilməsinin nəticələri verilmişdir.451 səhifədən ibarət monoqrafiyaya növlərin və landşaftların yüksək keyfiyyətli şəkilləri, həmçinin ətraflı coğrafi xəritələr daxil edilmişdir. Çöl tədqiqatları, ədəbiyyat məlumatlarının təhlili və ekspertlərin təcrübəsi əsasında ilk dəfə olaraq Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı siyahısının  kateqoriya və meyarlarına uyğun nadir və nəsli kəsilməkdə olan endem bitki növlərinin muhafizə statusu təyin edilmişdir. Qeyd edilməlidir ki, IUCN-in birinci Qırmızı kitabına (Lucas, 1978) yalnız bir Qafqaz bitkisi (Iris winogradowii Fomin) daxil edilib.

Sözügedənsistematik botanika üzrə monografik əsər“Qafqaz biomüxtəlifliyinin qaynar nöqtələrində bitkilərin Qırmızı Siyahısının qiymətləndirilməsinin işlənməsi” layihəsi (2006-2009-ci illər) üzrə IUCN-in himayəsi altında CEFT-in (Ekosistemin Qorunması üzrə Əməkdaşlıq Fondu, ABŞ) dəstəyi vəABŞ-ın Missuri Botanika Bağının aparıcı mütəxəssislərinin rəhbərliyi ilə 6 Qafqaz ölkəsinin botaniklərinin fəaliyyəti nəticəsində hazırlanıb.

Bu dəyərli nəşrin Azərbaycan florasına həsr olunmuş hissəsinin müəllifləri qeyd edilən layihənin milli əlaqələndiricisi AMEA-nın müxbir üzvi, professor Validə Əlizadə və Botanika İnstitutunun əməkdaşlarıdır.Layihə çərçivəsində AMEA Botanika İnstitutundan 5 iştirakçi kateqoriya və meyarlardan istifadə vasitəsiləməlumatların toplanması və region üzrə endem bitkilərin Qırmızı Siyahısının tərtib edilməsi prosesində İUCN-nin ekspertı təyin olunmuşlar. Məlumat bazasına Azərbaycanda yayılan Qafqaz endemlərindən 200-ü milli və 950-si Qafqaz endemi kimi daxil edilib.

Bu monoqrafiyanın əhəmiyyəti ondan ibarətdir ki, professional səviyyədə ilk dəfə olaraq Qafqaz regionu ölkələrində yayılan həm milli, həm də Qafqaz endemlərinin yeri, sayı, populyasiyalarının vəziyyəti, təhlükələri və yayılması barədə ətraflı məlumatlar verilmişdir.Bu kitabın hazırlanmasında Qafqaz botaniklərinin əməkdaşlıq səyləri misilsizdir. Siyasi reallığın mürəkkəbliyi ilə əlaqədar olaraq endem növlərin müqayisə edilməsindəki çətinliklər botaniklər üçün ən böyük problem olaraq qalır və regionlara xas nadir bitki növlərinin itməsinin mühümsəbəblərindən biridir.

Qafqaz regionu üçün xüsusi Qırmızı Siyahının hazırlanması və nəşri yalnız bu regiona aid bitkilərin vəziyyətinə dair biliklərə olan böyük maraqla deyil, həmçinin bütün dünyada bitki müxtəlifliyinin davamlı azalması ilə bağlı olmuşdur. Təqdim olunan kitaba yabanı təbiətdə yox olan (nəsli kəsilən) 5 növ, kritik vəziyyətdə olan 169 növ, yox olmaqda olan (nəsli kəsilməkdə olan) 291 növ, həssas 272 növ, təhlükəyə yaxın olan 255 növ, az təhlükədə olan 242 növ, haqqında kifayət qədər məlumat olmayan 518 növ daxil edilib.

 

Tarix
22 Noyabr 2014 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin