Ana səhifə
24 Oktyabr 2017

"2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq

2017-ci il 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

“2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub. 

Tarix
13 Oktyabr 2017 [13:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ