Cari ildə 9 787 ailə boşanıb

11:41 - 13 Oktyabr 2017 - Cəmiyyət

 Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olubBu ilin yanvar-avqust aylarında ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 6 təşkil edib. İlin 8 ayı ərzində qeydiyyat şöbələri 40 256 nikah və 9 787 boşanma halı qeydə alıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün 2 080 nəfər Azərbaycana gələn, 1 202 nəfər isə Azərbaycandan gedən şəxsi qeydə alıb. Son nəticədə miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.

Xəbər xətti