Ana səhifə
24 Oktyabr 2017

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi. Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşdülər. Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdirdilər.
Tarix
13 Oktyabr 2017 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ