Bərdədə 17 yaşlı gənc bıçaqlanıb

19:37 - 12 Oktyabr 2017 - HADİSƏ

Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb. Hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.  Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti