Rusiyada yeni əsginaslar dövriyyəyə buraxıldı

13:38 - 12 Oktyabr 2017 - DÜNYA

Artıq bu gündən 200 və 2000 rubl dəyərində yeni əsginaslar dövriyyəyə buraxılıb. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, əsginasların kütləvi şəkildə dövriyyə buraxılmasına gəlincə, Rusiya Bankının sədri Elvira Nabiullina bildirib ki, bu, dekabrda baş verəcək.
Bank sədri əlavə edib ki, yeni əsginaslar mərhələli şəkildə dövriyyə daxil olacaq.
Qeyd edək ki, əsginasların üzərində “Vostoçnı” kosmodromu və Russki adasına aparan körpü, eləcə də Tavr Xersonesi və batırılmış gəmilər heykəli əks olunub.

Xəbər xətti