Qəbələ sakini kəsdiyi ağacın altında qalıb

11:29 - 12 Oktyabr 2017 - HADİSƏ

Qəbələ rayon sakini ağır bədən xəsarətləri alıb. Hadisə rayonun Mıxlıqovaq kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Eyvazov Səbuhi Rüstəm oğlu odun üçün irigövdəli ağacı kəsən zaman ehtiyatsızlıq edib, ağac onun başına düşüb. Ağır bədən xəsarətləri alan Səbuhi Eyvazov əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra onun vəziyyəti ağırlaşdığı üçün təcili olaraq müalicə üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb, cərrahiyyə əməliyyatı olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Apa

Xəbər xətti