Türkiyə İraq sərhədinə zirehli tanklar göndərdi

10:57 - 12 Oktyabr 2017 - DÜNYA

İraq-Türkiyə sərhədindəki Habur sərhəd qapısına çox sayda zirehli avtomobil və piyadadaşıyanlar, həmçinin və tanklar göndərilib. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyədən gələn hərbi karvan gecə saatlarında Silopi bölgəsindəki Tank Taburuna yerləşdirilib.
Tanklar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək və hərbi dəstələrə yardım məqsədilə sərhəd xəttinə göndəriləcək.
Qeyd edək ki, bölgədə çıxan gərginlikdən sonra başladılan hərbi təlimlər davam etməkdədir.

Xəbər xətti