Gəncədə “CinemaPlus” kinoteatrında uşaqlar üçün cizgi filmi nümayiş olunub

10:25 - 12 Oktyabr 2017 - MAQAZİN

Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus Xəmsə”də “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş müxtəlif diaqnozlu uşaqlar və “SOS Gəncə” tamaşaçıları üçün “Spark. Bəşəri Qəhrəman” 3D cizgi filmi nümayiş olunub. 
Uşaqlar cizgi filmini çox maraqla izlədilər. Həmçinin uşaqlara kinoteatr tərəfindən popcorn və şarlar hədiyyə verildi.
Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.
Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.
Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidı.
Cizgi film haqqında qısa məlumat: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.
Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 


Xəbər xətti