Ana səhifə
24 Oktyabr 2017

Göyçayda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Oktyabrın 9-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçayda, oktyabrın 11-də isə Şəki nümayəndəliyinin  təşkilatçılığı ilə Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Nazirliyini mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqlərdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Tarix
11 Oktyabr 2017 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ