Sumqayıtda yük avtomobili aşıb - sürücü ölüb

14:44 - 11 Oktyabr 2017 - HADİSƏ

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oktyabrın 11-də saat 5 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuddin Qasımov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti