AŞPA həmməruzəçisi: "Azərbaycan müsbət irəliləyişlərə nail olub"

12:32 - 11 Oktyabr 2017 - SİYASƏT

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində "Azərbaycanda demokratik təsisatlar" adlı hesabat müzakirə olunur. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, sənəd AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda tərəfindən təqdim olunub. Müzakirələrə AŞPA-nın müvəqqəti prezidenti Stella Stella Kiriakides sədrlik edir. 

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennak hesabatı təqdim edərkən Azərbaycanın müsbət irəliləyişlərə nail olduğunu, hakimlərin 60%-nın yeni prosedur qaydaları əsasında yenidən seçilməsini alqışladıqlarını, həmçinin 2016-2017-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əfv fərmanları ilə bir sıra məhbusların azadlığa buraxılmasının yüksək qiymətləndirildiyini bildirib.
Onun sözlərinə görə, AŞPA Azərbaycanda islahatların aparılması prosesində və onların tətbiqində yaxından iştirak etməyə hazırdır: "Azərbaycanın insan hüquqları və hüquqi dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldığı müddətdə nümayiş etdirdiyi dialoqdan razı qaldıq".

Xəbər xətti