Ana səhifə
24 Oktyabr 2017

Tanışını bıçaqlayan azyaşlıya hökm oxunub

Tanışını bıçaqlamaqda təqsirləndirilən azyaşlı Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi əvvəl çayxanada döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Tarix
11 Oktyabr 2017 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ