Ana səhifə
24 Oktyabr 2017

Bakıda avtobus sürücüsü döyülüb- VİDEO

Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə oktyabrın 10-u saat 19:20 radələrində “28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb.

Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, Bakı Kart sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan düşərək qaçıb.

Hadisə nəticəsində istismarçı şirkətə külli miqdarda ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Tarix
11 Oktyabr 2017 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ