Azərbaycan vətəndaşı 2 kilo qızılla saxlanıldı

09:44 - 10 Oktyabr 2017 - HADİSƏ

Oktyabrın 7-də Azərbaycandan Gürcüstana qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə aparmaq istəyən şəxs saxlanılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bəyan olunmamış qızıl "Qırmızı körpü" sərhəd-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycan vətəndaşının üzərinə baxış zamanı aşkar edilib. Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib.

Xəbər xətti