Bu ilin ilk 9 ayında vergi daxilolmaları 6%-dən çox artıb

13:26 - 7 Oktyabr 2017 - İQTİSADİYYAT

Bu ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 224 482 900 manat məbləğində vəsait ödənilib. Ucnoqta.az xəbər verir ki, nu barədə “Report”a Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən məlumat verilib. Məlumata görə, bu ötən ilin ilk 9 ayı ilə müqayisədə 298 297 900 manat yaxud 6,06% çoxdur. Vergilər Nazirliyi bu ilin 9 ayı üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl edib.

Xəbər xətti